Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Avstraliya-Azərbaycan Assosiasiyası adından Sizi prezident seçkilərindəki parlaq qələbəniz münasibətilə təbrik edirik. Azərbaycanın iqtisadiyyatının, mədəniyyətinin və cəmiyyətinin inkişafına yönəlmiş davamlı səylərinizi və nailiyyətlərinizi yüksək qiymətləndiririk. Milli və beynəlxalq miqyasda xalqlarımızın tərəqqisinə verdiyiniz töhfələri alqışlayırıq.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərinizi dəstəkləyirik. Sizin bu sahədə uğur qazanacağınıza inanırıq.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

 

 

Maykl Oyta,

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti

Azərbaycan.-2013.-  31 oktyabr.- S. 2.