Gəncədə Türkiyə
Cümhuriyyətinin 90 illiyi qeyd edilmişdir
Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyəti yaranmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş Konsulu Haluk Ağca 1919-1923-cü illərdə Mustafa Kamal Paşanın (Atatürk) rəhbərliyi ilə həyata keçirilən istiqlal mübarizəsi nəticəsində öz müstəqilliyini bərpa edən Türkiyənin qazandığı uğurlardan danışmış, qardaş Azərbaycan Respublikası ilə qurulan əlaqələrin verdiyi bəhrələri diqqətə çatdırmışdır.
Yubiley
tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev çıxış edərək
tarixi köklərə söykənən hər iki ölkə
arasında mövcud olan qardaşlıq münasibətlərinin
bəhrələrindən söhbət
açmışdır. Sonra yubiley tədbiri musiqi sədaları
altında davam etmişdir.
Azərbaycan.-2013.- 31 oktyabr.- S.2.