O da
«Təki Vətən sağ olsun!»
dedi
Torpaq uğrunda
canından keçərək
şəhidliyi seçənlər
son nəfəslərində "Təki Vətən sağ olsun!" - deyirlər. Bəlkə bu, onların
yazılmamış andıdır?!
Bəlkə də Vətəni,
onun azadlığını
və ərazi bütövlüyünü dünyada
hər şeydən, hətta şirin canından da əziz bilənlərin, bu məqsədlə ölümə gedənlərin
amalından xəbər
verən bu kəlmələr onların
qəlbindən, dilindən
qeyri-ixtiyari qopurE
İlqar Verdiyev də ağır yaralı vəziyyətdə hospitalda
yatıb ölümlə
həyat arasında mübarizə aparanda bu kəlmələri deyib. Çünki həyatla vidalaşmaqda
olduğunu artıq bilirdi. Elə buna görə
də doğmalarına
təsəlli verərək
şərəfli ölümdən
qürur duyduğunu məhz bu sözlərlə
çatdırmışdı.
İlqar Verdiyev mühəndis-istehkam
bölüyünün komandiri
idi. Bu bölük Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun xidmət
etdiyi bölgədə
yerləşirdi. Mübarizin şəhidliyindən
sonra düşmənin
qəzəblənərək 20-dək məntəqədə basdırdığı
minaları İlqar təkbaşına zərərsizləşdirmişdi.
O, yüksək ixtisaslı
hərbçi, hazırlıqlı
döyüşçü kimi tanınırdı.
Növbəti tapşırığı 2012-ci il iyunun
9-da almışdılar. Tapşırığı yerinə yetirərkən İlqar zabit dostunun qışqırtısını
eşidir və onun harayına tələsir. Çox keçmir
ki, özü də yaralanır. Hospitala aparılarkən yolda handan-hana bir anlığa özünə
gəlib gözlərini
açanda dostlarını,
tabeliyində olan əsgərlərin vəziyyətini
soruşur.
Həkimlər bir neçə gün İlqarın həyatını xilas etmək uğrunda gərgin mübarizə aparsalar da, bu
mümkün olmadı. Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Mərkəzi Klinik Hospitalından verilən bildirişdə onun məhz düşmənlə
təmas xəttində
yerləşən ərazidə
döyüş tapşıırğını
yerinə yetirərkən
yaralandığı təsdiqlənir.
Ümummilli lider Heydər Əliyev demişdir: "Yaxşı vətənpərvər
olmaq üçün
milli-mənəvi dəyərlərimizi,
tariximizi yaxşı bilmək lazımdır".
İlqar
məhz bu cür vətənpərvər
idi. Döyüş meydanında özünün
deyil, silah dostlarının həyatını
düşünür, seçdiyi
hərb sənətini
dərindən bilir, Vətənini sevir, onun tarixini yüksək
dəyərləndirirdi.
İlqar
Verdiyev hər an döyüşə atılmağa hazır olan, qəhrəmanlıq göstərməyi bacaran,
özünü torpaq,
Vətən uğrunda
şəhid edə bilən bir oğul idi. Hərbçi sənətini uşaqlıqdan
sevmişdi. Bakının
Nizami rayonundakı 129
nömrəli orta məktəbin səkkizinci
sinfini bitirdikdən sonra qərarını valideynlərinə, müəllimlərinə
söyləmiş və
təhsilini C.Naxçıvanski
adına Hərbi Liseydə davam etdirmişdi.
Liseyi bitirdikdən
sonra 1992-1997-ci illərdə
Türkiyə Respublikasının
Quru Qoşunları
Ali Hərbi Məktəbində
oxumuşdu. Məktəbi bitirərkən ona
leytenant rütbəsi
verilmişdi.
Vətənə qayıtdıqdan sonra İlqar Verdiyev müxtəlif hərbi vəzifələrdə çalışmış
və rütbəcə
pillə-pillə yüksəlmişdi. Kapitan Verdiyev
NATO-nun "Sülh Naminə
Tərəfdaşlıq" proqramı və ikitərəfli əməkdaşlıq
çərçivəsində təlim və tədbirlərdə iştirak
etmişdi. Bir neçə
xarici dili mükəmməl mənimsəmişdi.
Azərbaycan Silahlı Qüvvələrinin
yubiley medalı, "Qüsursuz xidmətə görə" II və
III dərəcəli medallarla
təltif olunmuşdu.
Bunları Verdiyevlər ailəsinin qovluqda səliqə ilə əzizləyib saxladığı, İlqarın
öz əli ilə yazdığı tərcümeyi-halından oxuduq. Bu qovluqda
Müdafiə Nazirliyinin
bir arayışı da var: "Arayış
verilib ondan ötrü ki, kapitan Verdiyev İlqar Tapdıq oğlu Azərbaycan Respublikasının suverenliyi,
ərazi bütövlüyü
uğrunda həlak olmuşdur. Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən
güzəştlər haqqında
Azərbaycan Respublikası
Qanununun 1-ci maddəsinə
əsasən kapitan Verdiyev İlqar Tapdıq oğlu şəhid, onun ailəsi şəhid ailəsi hesab edilir".
Şəhid sözü müqəddəs,
şəhid adı ucadır. Rəna xanım da bu kağız parçasını ona görə qoruyub saxlayır ki, oğlunun üç körpə balası - Kamran, Əminə və Orxan ata
kəlməsini deyəndə
təkcə qəhərlənməsinlər.
Şəhid sözünün ucalığından, ülviliyindən
qürur duyub başlarını həmişə
uca tutsunlar.
Flora SADIQLI,
Azərbaycan.-2013.- 31 oktyabr.- S.8.