Özbəkistan
Respublikasının Prezidenti zati-aliləri
cənab İslam Kərimova
Hörmətli
İslam Abduqəniyeviç!
Azərbaycan
xalqı adından və şəxsən öz
adımdan Sizi və Sizin
simanızda Özbəkistan xalqını milli bayram - Müstəqillik
Günü münasibətilə ürəkdən
təbrik edirəm.
Sevindirici haldır ki,
bu gün Özbəkistan
ictimai-siyasi, sosial-iqtisadi
və humanitar sahələrdə
sanballı uğurlar
qazanmışdır. Azərbaycan-Özbəkistan
dövlətlərarası münasibətlərinin yüksək
səviyyədə olması xüsusi məmnunluq
doğurur. Ölkələrimiz
arasında hərtərəfli əməkdaşlıq durmadan genişlənir, ənənəvi dostluq əlaqələri möhkəmlənir.
Əminəm ki, Azərbaycan ilə Özbəkistan
arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın
daha da inkişaf
etdirilməsinə yönəlmiş birgə səylərimiz
bundan sonra da xalqlarımızın mənafelərinə
xidmət edəcəkdir.
Hörmətli
İslam Abduqəniyeviç, bu əlamətdar gündə Sizə möhkəm
cansağlığı, xoşbəxtlik və uğurlar, Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı,
29 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 1.