Slovakiya Respublikasının Prezidenti zati-aliləri cənab İvan Qaşparoviçə

 

Hörmətli cənab Prezident!

 

Slovakiya Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizibütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

 

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

 

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 29 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 1.