«İnsan
alverinə qarşı mübarizə haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 4 avqust tarixli 272 nömrəli fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "İnsan
alverinə qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 4 avqust tarixli 272 nömrəli fərmanını
"İnsan alverinə qarşı
mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2013-cü il 19 aprel tarixli 609-IVQD nömrəli
qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alıram:
"İnsan alverinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli
272 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 704) 2.2-ci bəndinə
"17.2-ci maddəsində" sözlərindən sonra ", 20.4-1-ci maddəsində"
sözləri əlavə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 1.