«Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin
təkmilləşdirilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli
162 nömrəli fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin
təkmilləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli
162 nömrəli fərmanını "Azərbaycan
Respublikası Rabitə və İnformasiya
Texnologiyaları
Nazirliyinin tabeliyində İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə"nin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 nömrəli
fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
"Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin
təkmilləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli
162 nömrəli fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 10, maddə 775; 2011, ¹10, maddə
886) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin fərmanla
təsdiq edilmiş "Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında
Əsasnamə"nin 2.1-ci bəndinə
"inkişafına" sözündən əvvəl
"(informasiya-kommunikasiya texnologiyaları
sahəsində sahibkarlıq istisna olmaqla)" sözləri əlavə edilsin.
2. Həmin fərmanla
təsdiq edilmiş "Azərbaycan
Respublikası Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitlərinin istifadəsi
Qaydaları"nın 2.1-ci bəndinə "sahələrdə"
sözündən sonra "(informasiya-kommunikasiya texnologiyaları sahəsi istisna olmaqla)" sözləri
əlavə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 1.