Minimum aylıq əməkhaqqının
artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasında
əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq
və sosial müdafiəsini gücləndirmək
məqsədi ilə qərara alıram:
1. Minimum aylıq əməkhaqqının məbləği
2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
3. "Minimum aylıq əməkhaqqının
artırılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 1 dekabr tarixli
1866 nömrəli sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 31 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 1.