Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli
911 nömrəli fərmanı ilə təsdiq edilmiş «İnzibati və
yardımçı vəzifələrin Təsnifat Toplusu»nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il
4 avqust tarixli 911
nömrəli fərmanı ilə təsdiq edilmiş
"İnzibati və yardımçı
vəzifələrin Təsnifat Toplusu"nu "Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya
Texnologiyalarının
İnkişafı Dövlət Fondu
haqqında Əsasnamə"nin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 2 aprel tarixli 853 nömrəli fərmanına
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli
911 nömrəli fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 440; 2006, ¹ 3, maddə
229, ¹ 6, maddə 498; 2007, ¹ 2, maddələr 86, 101, ¹ 3, maddələr
217, 227, ¹ 7, maddə 714, ¹ 9, maddə 867, ¹ 10, maddə 948, ¹ 12,
maddə 1242;
2008, ¹ 1, maddə 9, ¹ 3, maddələr 173, 179, ¹6, maddə 499,
¹ 8, maddələr 717, 723; 2009, ¹ 2, maddə 66, ¹ 6, maddələr
419, 421, 422; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddə 183, ¹ 10, maddə
850; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 11, maddə 1078; 2013,
¹ 3, maddə 236) ilə təsdiq edilmiş
"İnzibati və yardımçı
vəzifələrin Təsnifat Toplusu"nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.1.3-cü
yarımbəndin on dördüncü
abzasına "direktoru" sözündən
sonra ", Azərbaycan Respublikası Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru"
sözləri əlavə edilsin.
2. 2.1.4-cü
yarımbəndin iyirmi birinci
abzasına "müavini"
sözündən sonra ", Azərbaycan
Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondunun
icraçı direktorunun müavinləri"
sözləri əlavə edilsin.
3. 2.1.6-cı
yarımbəndin doqquzuncu abzasına "Fondunun," sözündən sonra
"Azərbaycan Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondunun,"
sözləri əlavə edilsin.
4. 2.1.7-ci və
2.3.3-cü yarımbəndlərin ikinci
abzaslarına "Fondunun"
sözündən sonra ", Azərbaycan
Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondunun"
sözləri əlavə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 1.