Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"ni "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 598-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 406; 2012, ¹ 11, maddə 1105) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

 

1. 14-cü bəndin birinci yarımbəndi üzrə:

 

1.1. ikinci cümlə üçüncü cümlə hesab edilsin aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 

"Səfir müavini təyin edilmiş şəxsin xaricdə fasiləsiz müddəti dörd ildir.";

 

1.2. üçüncü cümlədə "müddət" sözü "müddətlər" sözü ilə əvəz edilsin;

 

2. 17-ci bənd üzrə:

 

2.1. birinci yarımbəndə "funksiyalarını" sözündən sonra "səfir müavini icra edir. Həmin funksiyaları səfir müavininin (Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin 17-ci bəndinin ikinci yarımbəndində nəzərdə tutulmuş halda daimi nümayəndənin müavininin) icra etməsi mümkün olmadıqda isə" sözləri əlavə edilsin;

 

2.2. ikinci yarımbənd üçüncü yarımbənd hesab edilsin aşağıdakı məzmunda ikinci yarımbənd əlavə edilsin:

 

"Əgər səfir eyni zamanda yerləşmə dövlətində Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı daimi nümayəndəsidirsə, o, hər hansı səbəbdən funksiyalarını icra etmək iqtidarında olmadığı halda, onun daimi nümayəndə funksiyalarını daimi nümayəndənin müavini, o olmadıqda isə səfir müavini icra edir.";

 

3. 20-ci bəndin ikinci cümləsində "Səfir olmadığı halda isə Azərbaycan Respublikasının müvəqqəti işlər vəkilinə" sözləri "o olmadığı halda isə səfirin funksiyalarını icra edən şəxsə" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 28 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 1.