Daxili işlər naziri Quba şəhərində
vətəndaşları qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin
vətəndaşlarla görüşmələri, onların
müraciətlərinə, ərizə və şikayətlərinə
operativ və xüsusi
həssaslıqla yanaşmaları barədə
tapşırığına uyğun olaraq daxili işlər naziri,
general-polkovnik Ramil Usubov avqustun 31-də Quba Rayon Polis
Şöbəsində növbəti qəbul keçirmişdir.
Daxili İşlər
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Quba,
Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı
rayonlarından olan sakinləri qəbul edən
nazir müraciətlərin operativ şəkildə həlli üçün tədbirdə iştirak edən baş
idarə və xidmət rəislərinə konkret tapşırıqlar vermişdir.
Vətəndaşlar
tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti elə qəbul
zamanı öz həllini tapmışdır.
Polisin fəaliyyətinə aid olmayan digər ərizələrin aidiyyəti
üzrə göndəriləcəyi və onlara
mövcud qanunvericiliyə uyğun
baxılacağı diqqətə
çatdırılmışdır.
Sakinlər
problemlərinə daim xüsusi
diqqət və qayğı göstərildiyinə və
bölgələrdə mütəmadi olaraq
vətəndaşların qəbulunun təşkilinə
görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını
bildirmiş, dövlət
başçısının ölkəmizin sürətli
inkişafına yönəlmiş
ardıcıl və qətiyyətli siyasi
kursunu bundan sonra da fəal şəkildə
dəstəkləyəcəklərini vurğulamışlar.
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 1.