Abidəni qorumaq tarixi qorumaqdır
Qədim Şəki
son illər inkişafının yeni mərhələsini yaşayır. Hər
yerdə tikinti-quruculuq geniş
vüsət alıb. Fərəhli haldır ki,
görülən işlərdə Şəkinin qədimliyi,
sənətkarlıq elementləri, milli memarlıq
xüsusiyyətləri böyük
zövqlə qorunur. Bu
baxımdan tarixi abidələrin
yaşadılması da böyük
əhəmiyyətə malikdir. Şəkidə
ümumilikdə 84 dünya və yerli əhəmiyyətli memarlıq abidəsi
vardır.
Neçə
illərdi ki, Şəki xanlarının evi kimi tarixi
abidə baxımsız və yararsız hala
düşmüşdü. 2006-cı ildə
dövlət başçısının Şəkiyə səfərindən
sonra müvafiq tədbirlər
görüldü və bu
tarixi abidənin də əsaslı təmirinə
və yenidən qurulmasına başlanıldı. Nəhayət,
2013-cü il avqustun
14-də XVIII əsrin sanballı tikililərindən sayılan
Şəki xanlarının evi yenidənqurmadan
sonra istifadəyə verildi.
Bununla da şəhərimizə
yaraşıq verən abidələrin biri
də artdı. Qayğıya görə dövlət rəhbərliyinə
minnətdarıq. Ancaq biz
insanlar da gərək
yaradılanları qorumağı bacaraq.
Abidələrimizi qorumaq elə tariximizi qorumaqdır.
Sadiq
YUSİFOV,
Şəki
şəhəri
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 6.