Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir
Avqustun 31-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr
şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın 29 avqust 2013-cü il tarixli iclasının protokolu
təsdiq edilmişdir.
Sonra 2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədliyi öz təşəbbüsü
ilə irəli sürülmüş Rauf Zakir oğlu
Quliyevin namizədliyinin təsdiq
olunması məsələsinə baxılmışdır.
MSK Rauf Quliyevin namizədliyini
təsdiq etmiş və Əlirza Kərimlini
onun səlahiyyətli nümayəndəsi
kimi qeydə almışdır.
İclasda namizədliyi öz təşəbbüsü ilə irəli
sürülmüş Hidayət
Əşrəf oğlu Rüstəmbəylinin
də namizədliyinin irəli sürülməsi təsdiqlənmişdir.
Komissiya Sərdar Calal oğlu Məmmədovun
prezidentliyə Azərbaycan Demokrat
Partiyası tərəfindən irəli sürülməsini
təsdiq etmiş və həmin partiya tərəfindən təyin olunmuş 4 nəfərin səlahiyyətli
nümayəndə, 1 nəfərin isə maliyyə məsələləri
üzrə
səlahiyyətli nümayəndə kimi
qeydə alınması barədə qərar
çıxarmışdır.
Mərkəzi
Seçki Komissiyası "Demokratik qüvvələrin milli
şurası" seçicilərin təşəbbüs qrupu tərəfindən təyin olunmuş 20 nəfəri prezidentliyə namizədliyi
təsdiqlənmiş Cəmil Həsənlinin səlahiyyətli
nümayəndəsi kimi qeydə
almışdır.
İclasda cari məsələlərə
də baxılmışdır.
MSK-nın
iclasında beynəlxalq qurumların təmsilçiləri və
kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
etmişlər.
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 3.