2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüş
Rauf Zakir oğlu Quliyevin namizədliyinin
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
QƏRAR
¹ 22/126
2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
Rauf Zakir oğlu Quliyevin namizədliyi
öz təşəbbüsü ilə
irəli sürülmüşdür.
Namizədliyin
irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 26-da namizədin özü tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq
edilməsi üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüş
Rauf Zakir oğlu Quliyevin namizədliyi
təsdiq edilsin.
2. Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Natiq Məmmədov
Katib Arifə Muxtarova
Üzvlər
Şaitdin
Əliyev
Fuad
Cavadov
Ramiz
İbrahimov
Validə
Kazımova
Qabil
Orucov
İlham
Məmmədov
Nizami
Nadirov
Azər Tağıyev
Tamam
Cəfərova
Bəxşeyiş
Əsgərov
Almas
Qəhramanlı
Akif
Qurbanov
Etibar Quliyev
31.08.2013
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 3.