2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi təsdiq olunmuş Rauf Zakir oğlu Quliyevin səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR ¹ 22/127

 

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi təsdiq olunmuş Rauf Zakir oğlu Quliyev səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxsin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən qərara alır:

 

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Əlirza Əlican oğlu Kərimli namizədliyi təsdiq edilmiş Rauf Zakir oğlu Quliyevin səlahiyyətli nümayəndəsi kimi qeydə alınsın.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr       Məzahir Pənahov

 

Müavin      Natiq Məmmədov

 

Katib       Arifə Muxtarova

 

 

 

Üzvlər

 

Şaitdin Əliyev

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Bəxşeyiş Əsgərov

Almas Qəhramanlı

Akif Qurbanov

Etibar Quliyev

 

 

31.08.2013

 

Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 3.