2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli
sürülmüş Sərdar Calal oğlu Məmmədovun
namizədliyinin təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR
¹ 22/129
Azərbaycan
Demokrat Partiyasının Ali
Şurasının (Məclisinin) 2013-cü il
28 avqust tarixli
iclasının 1 saylı qərarı ilə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
Azərbaycan Demokrat Partiyasının sədri
Sərdar Calal oğlu
Məmmədovun namizədliyi irəli sürülmüşdür.
Namizədliyin
irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 29-da partiyanın
səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq
edilməsi üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56 və 100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 54-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli
sürülmüş Sərdar Calal oğlu Məmmədovun
namizədliyi təsdiq edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Natiq Məmmədov
Katib Arifə Muxtarova
Üzvlər
Şaitdin
Əliyev
Fuad
Cavadov
Ramiz
İbrahimov
Validə
Kazımova
Qabil
Orucov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Bəxşeyiş Əsgərov
Almas Qəhramanlı
Akif Qurbanov
Etibar Quliyev
31.08.2013
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 3.