Azərbaycan
Respublikası vətəndaşının ilk
biometrik pasportunun Prezident İlham Əliyevə
təqdim edilməsi mərasimi olmuşdur
Sentyabrın
2-də Azərbaycan Respublikası vətəndaşının
ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi
olmuşdur.
Son illər ölkəmizdə sürətli
iqtisadi inkişaf proseslərinin həyata keçirilməsi, xalqın
rifah halının daha da yaxşılaşdırılması,
sosial infrastruktur layihələrinin uğurla
icra olunması, dövlət orqanlarında
işlərin operativ həlli və bu sahədə bürokratik əngəllərin
aradan qaldırılması
istiqamətində ardıcıl
işlər görülür.
Bakıda və regionlarda
Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
"ASAN xidmət" mərkəzlərinin
fəaliyyətə başlaması,
dövlət idarələrində
digər müasir xidmət növlərinin yaradılması olduqca əhəmiyyətlidir. Azərbaycanda, eyni zamanda, vətəndaşlara
müasir texniki xidmətin ən yüksək dünya standartları səviyyəsində
göstərilməsi sahəsində
də məqsədyönlü
tədbirlər görülür.
Azərbaycan Respublikası vətəndaşının
ilk biometrik pasportunun hazırlanması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 13
fevral tarixli sərəncamı ilə
təsdiq olunmuş
"Azərbaycan Respublikasının
biometrik eyniləşdirmə
sisteminin yaradılması
üzrə 2007-2012-ci illər
üçün Dövlət
Proqramı"nın, həmçinin
"Ölkədən getmək,
ölkəyə gəlmək
və pasportlar haqqında" Azərbaycan
Respublikası Qanununda
dəyişikliklər edilməsi
barədə" 2012-ci il
17 iyul tarixli 686 nömrəli fərmanın
tələblərinin vaxtında
təmin edilməsi məqsədilə
bir sıra təxirəsalınmaz tədbirlər
həyata keçirilmişdir.
Şəxsiyyəti təsdiq
edən sənədlərin
verilməsini tənzimləyən
normativ hüquqi baza təkmilləşdirilmiş,
ümumvətəndaş, xidməti
və diplomatik pasportların təsviri, spesifikasiyası və nümunələri Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 17 iyul tarixli 687 nömrəli fərmanı ilə təsdiq edilmişdir. Şəxsiyyəti təsdiq edən
yeni nəsil biometrik sənədlərin
tətbiqi məqsədilə
İqtisadi İnkişaf
Nazirliyi tərəfindən
aidiyyəti dövlət
orqanlarının mütəxəssislərindən
ibarət İşçi
Qrupu yaradılmış,
bu sahədə beynəlxalq səviyyədə
tanınmış şirkətlərin
təcrübəsi və
əldə olunan nailiyyətlər öyrənilmiş,
pasportların təsviri
və spesifikasiyası
hazırlanmışdır. Ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə
9 regional mərkəz yaradılmışdır.
Bu mərkəzlərdə xidmət üçün
ən yüksək şərait vardır.
Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportu Prezident İlham Əliyevə təqdim edildi.
Beləliklə, sentyabrın 2-dən
ölkəmizdə yeni
nəsil biometrik pasportların verilməsinə
başlanıldı.
Vətəndaşlar ödədikləri
dövlət rüsumunun
məbləğindən asılı
olaraq on, beş
və bir iş günü ərzində ümumvətəndaş
pasportları ilə təmin oluna biləcəklər.
AzərTAc
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 1.