Bakıda «Qələbə
meydanı» müxtəlif səviyyəli tunel
tipli yol
qovşağı» layihəsi çərçivəsində
inşa edilən beş
tunelin açılışı olmuşdur
Azərbaycan
Prezidenti İlham
Əliyev mərasimdə iştirak etmişdir
Sentyabrın 2-də
Bakıda "Qələbə
meydanı" müxtəlif
səviyyəli tunel tipli yol qovşağı"
layihəsi çərçivəsində
inşa edilən beş tunelin
açılış mərasimi
olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Son illərdə paytaxtda və regionlarda
çoxsaylı yol ötürücüləri,
körpülər, tunellər, yeraltı və yerüstü piyada
keçidləri inşa olunur,
beynəlxalq standartlar səviyyəsində
avtomobil yolları salınır. Bütün bu işlər
"Azərbaycanda avtomobil yolları şəbəkəsinin
yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət
Proqramı"na uyğun olaraq
görülür. Bu
çərçivədə həyata keçirilən məqsədyönlü
tədbirlərin məntiqi nəticəsi olaraq
yol-nəqliyyat kompleksinin ayrı-ayrı
qurğuları yüksək keyfiyyətlə istismara
buraxılmışdır. Müasirlikdə bir-birini
üstələyən bu cür
qurğuların və yolların inşası indi
də davam etdirilir. Prezident İlham
Əliyevin sərəncamı ilə Bakı şəhərində
nəqliyyatın hərəkətinin tənzimlənməsi və
yol infrastrukturunun təkmilləşdirilməsi
layihələri üzrə işlər uğurla
icra olunur. Dövlət başçısının sərəncamına
uyğun olaraq "Qələbə
meydanı" adlanan ərazidə və onunla kəsişən yollarda
nəqliyyatın hərəkətinin nizamlanmasını,
tıxacların aradan
qaldırılmasını və işıqforsuz hərəkət
rejiminin təmin edilməsini nəzərdə
tutan layihə artıq
yekunlaşmışdır. "Qələbə
meydanı" müxtəlif səviyyəli tunel
tipli yol
qovşağı" adlanan layihə
çərçivəsində inşa
edilən 5 tunel artıq hazırdır. Bu layihəyə daxil olan 6 saylı tunel isə
2012-ci ilin dekabrında istifadəyə verilmişdir. Layihənin
podratçısı "Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyası" ASC-dir. Sinqapurun
"Surbana International
Consultants" şirkətinin layihələndirdiyi
qovşağın məsləhətçi-nəzarətçisi
Türkiyənin "Pro Yapı Proje İnşaat"
şirkətidir.
Nəqliyyat naziri Ziya Məmmədov
dövlət başçısına layihə barədə məlumat
verdi. Bildirildi ki, Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə
bağlı əlavə tədbirlərin icrası uğurla həyata keçirilir.
Qələbə-Gənclik adlanan ərazidə
yol qovşağı da
tamamilə yenidən qurulmuşdur.
Prezident İlham
Əliyev layihənin icrasını əks etdirən filmə
baxdı.
Sonra dövlət
başçısı inşa edilən
tunellərin istiqamətini bildirən maketə baxdı. Bildirildi ki, layihə
üzrə ərazidə 16
giriş-çıxışlı, ümumi
uzunluğu 2 min 512 metr, eni 8-15,5 metr, hündürlüyü
5,5 metr, hərəkət
zolaqlarının sayı isə 5 olan 6 tunel tipli yol
qovşağı
inşa edilmişdir.
Azərbaycan
Prezidentinə layihənin texniki göstəriciləri
barədə məlumat verildi. Tunel tipli yol qovşaqları Atatürk və Vaqif
prospektlərini, həmçinin Atatürk
prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə
Təbriz prospektini birləşdirir.
Əlavə olaraq, Təbriz küçəsindən
gələn avtomobillər Gənclik dairəsinə daxil olmadan birbaşa
tunel vasitəsilə Dərnəgül
şosesinə çıxa biləcəkdir.
Həmçinin
Fətəli xan Xoyski
prospektinə qısa döngələrlə istiqamətlənmək
mümkün olacaqdır. Vaqif
prospektindən gələn avtomobillər Fətəli xan Xoyski prospektinin
altından keçərək Atatürk
prospektinə çıxacaq və bu
istiqamətdən Həsən Əliyev prospektinin
üstündən keçəcəklər.
Prezident İlham
Əliyev inşa edilən tunellərlə
tanış oldu. Layihə üzrə tikintisi nəzərdə tutulan
yolların ümumi sahəsi 110 min kvadratmetrdir. "Qələbə
meydanı" adlanan ərazidə hərəkət
intensivliyi saatda 2 min 340 avtomobildən 11 min
avtomobilədək artacaqdır.
Vaqif prospektində inşa
edilən yol qovşağı metronun "Gənclik" stansiyasının tuneli üzərindən keçir.
Tunellər beynəlxalq standartlara uyğun layihələndirilmiş və 9
ballıq zəlzələyə davamlılığı nəzərdə
tutulmuşdur. Tunelin daxili işıqlandırma sistemi
dünyada keyfiyyət, səmərəlilik,
təhlükəsizlik və uzunömürlülük
baxımından özünü təsdiqləmiş
və yarımkeçirici diodlar əsasında
işləyən ən müasir
işıqlandırma sistemidir. Tunellərin
yan divarlarında və tavanda
9 min kompyuterlə idarə olunan
LED işıqlar quraşdırılmışdır. Tavanda quraşdırılan 3 minə yaxın projektor gündüz, gecə
və qəza rejimlərində işləyir. Hərəkət
zolaqlarında 2400 istiqamətverici işıqlar
quraşdırılmışdır. Burada,
həmçinin səsin səviyyəsini aşağı salmaq üçün 20
minə qədər panel vardır.
Altmışdan çox müşahidə
kamerası təhlükəsizliyi təmin edir.
Bundan başqa, istifadəyə verilən tunellərdə
Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzi tərəfindən idarə edilən elektron informasiya
tablosunın köməyi ilə nəqliyyatın cari vəziyyəti haqqında məlumatlar təhlil
edilərək sürücülərə
çatdırılacaqdır. Layihəyə əsasən
inşa ediləcək 10 piyada
keçidindən ikisində də işlər tamamlanma mərhələsindədir. Hər piyada keçidində iki eskalator və əlillər üçün
platforma quraşdırılacaqdır.
Keçidlərinin içərisinin üzlənməsində
milli ornamentlərdən istifadə edilmişdir. Layihəyə əsasən
metronun "Gənclik" stansiyasında əlavə
iki yeni piyada çıxışının
inşası da
planlaşdırılmışdır. İlk
olaraq metronun "Gənclik" stansiyasının Atatürk prospektinə
çıxışının "Qələbə
meydanı"nın mərkəzinə doğru
yerdəyişməsi həyata keçirilmişdir.
Piyada keçidləri də daxil olmaqla tikinti
işləri tamamilə başa
çatdıqdan sonra ərazidəki park yenidən qurulacaq və
sakinlərin istifadəsinə veriləcəkdir.
Görülən
işləri yüksək qiymətləndirən Prezident İlham
ƏLİYEV dedi:
- Üç il ərzində
böyük iş görülübdür. Şəhər infrastrukturu yeniləşir, yollar,
körpülər, tunellər. Son illərdə
Bakıda onlarla, ölkə üzrə bəlkə
də yüzlərlə körpü, keçid, tunel tikilmişdir. Hər şey
insanların rahatlığı, hər şey
Azərbaycan vətəndaşları üçün
olmalıdır.
Gələcəkdə
hələ ki görüləsi işlər
çoxdur. Bakının yol
infrastrukturunun yeniləşməsi,
qurulması istiqamətində hələ böyük
işlər görüləcəkdir. Ancaq
görülən işlər kifayət qədərdir. İnsanlar tez-tez bu yeniliklərə öyrəşirlər. İndi misal üçün 5, 7 il bundan əvvəlki vəziyyəti yada salanda görürük
ki, yerlə göy qədər
fərq vardır. Aeroport yolu,
körpülər, qovşaqlar, tunellər
tikilir, özü də
hər yerdə. Təkcə şəhərin mərkəzində
deyil, şəhərin bütün
yerlərində böyük nəqliyyat infrastrukturu yaradılır. Hazırda Ziya Bünyadov istiqamətində
də böyük qovşaq
tikilir. Burada da - "Gənclik" metrosunun
ətrafında əvvəllər də iki
yol açılmışdır, iki istiqamətə aparan yollar. Bu yollar
da elə bu
qovşağın tərkib hissəsi olaraq
indi fəaliyyət göstərir. Bütün binalar yenidən
qurulub, abadlaşıb. Bu
meydan doğrudan da yeni görkəm
alıb. Futbol stadionu da əsaslı təmir edilibdir.
Burada digər infrastruktur tikilir. Yəni,
Bakının ən gözəl meydanlarından biri olacaqdır.
AzərTAc
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 1-2.