Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
Özbəkistanın dövlət müstəqilliyinə həsr
edilmiş konsert keçirilmişdir
Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
Özbəkistanın dövlət müstəqilliyinin elan edilməsinin 22-ci ildönümünə
həsr olunmuş konsert
keçirilmişdir. Konsertdə
Daşkənddə yaşayan
soydaşlarımız, Azərbaycanın diaspor
təşkilatının nümayəndələri,
Qadınlar Şurasının və Özbəkistan-Azərbaycan
Dostluq Cəmiyyətinin üzvləri,
ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov qardaş özbək
xalqını və bu ölkədə yaşayan soydaşlarımızı Özbəkistanın
müstəqillik bayramı münasibətilə təbrik etmişdir. O, bütün
sahədə əlaqələrimizin durmadan
inkişaf etdiyini,
xalqlarımızın dilinin, adət-ənənəsinin,
mədəniyyətinin eyni olduğunu diqqətə
çatdırmışdır. Bildirmişdir
ki, Azərbaycan xalqı qardaş
özbək xalqının bütün
uğurlarına sevinir.
Özbəkistan-Azərbaycan
Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və Respublika Azərbaycan
Mədəniyyət Mərkəzinin sədri Mobil
Məmmədov belə mədəni tədbirlərin Daşkənddə
və Bakıda daha çox
keçirilməsinin vacibliyinə toxunmuşlar.
Sonra "Şərq təranələri"
IX Beynəlxalq musiqi festivalının
iştirakçısı Elnarə Abdullayeva
"Şirvan" qrupunun
müşayiəti ilə muğam və xalq mahnılarımızı məharətlə
ifa etmiş və
alqışlarla qarşılanmışdır.
Özbəkistanın
"Nixol" mükafatı laureatı, populyar müğənni İsrail
Saidumarov, həmçinin "Azərbaycan
qızları" rəqs ansamblı və "Azərbaycanım"
musiqi qrupunun
ifaları da iştirakçıların
marağına səbəb olmuşdur
Qulu
KƏNGƏRLİ,
AzərTAc-ın
xüsusi müxbiri
Daşkənd
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 4.