Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Mingəçevirdə vətəndaşları
qəbul edəcəkdir
Prezident İlham
Əliyevin tapşırığına əsasən, mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif problemlərinin
həllinə kömək edirlər.
Dövlət
başçısının müvafiq
göstəriş və tövsiyələrinə uyğun olaraq Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran
Hüseynova sentyabrın 4-də saat 11:00-da Mingəçevir şəhərindəki
Heydər Əliyev Mərkəzində vətəndaşların növbəti
qəbulunu keçirəcəkdir.
AQUPDK-nın mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
komitə sədrinin qəbulunda Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, İmişli,
Beyləqan, Zərdab rayonlarından olan vətəndaşlar
iştirak edəcəklər.
Zərdab rayonundan qəbulda iştirak
etmək istəyən vətəndaşlar qabaqcadan
AQUPDK-nın Zərdabdakı Ailə və Uşaqlara
Dəstək Mərkəzinə müraciət edə bilərlər.
Xatırladırıq ki, Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova tərəfindən vətəndaşların
Mingəçevir şəhərində sentyabrın 6-na nəzərdə
tutulmuş qəbulu sentyabrın 4-nə keçirilmişdir.
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 4.