Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının sədri Şirvan şəhərində vətəndaşları
qəbul etmişdir
Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin
bölgələrdə vətəndaşların qəbulu ilə
əlaqədar verdiyi
tapşırıqlara müvafiq olaraq Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının (TQDK) sədri Məleykə
Abbaszadə sentyabrın 2-də Şirvan
şəhərində vətəndaşları
qəbul etmişdir.
AzərTAc
xəbər verir ki, qəbuldan
əvvəl Məleykə Abbaszadə TQDK-nın Şirvan regional bölməsinin
açılış mərasimində iştirak
etmiş, şəhərin pedaqoji kollektivi ilə görüşmüş, onlarla
təhsil, dərsliklərin hazırlanması, ali
və orta ixtisas məktəblərinə
qəbul prosesi mövzularında fikir mübadiləsi
aparmışdır. Sonra TQDK-nın sədri
Şirvan şəhərinin, Saatlı, Sabirabad, Hacıqabul, Salyan
və Neftçala rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbulda
qaldırılan məsələlərin bir
qismi yerindəcə həll olunmuşdur. TQDK-nın sədri bəzi vətəndaşların
müraciətlərinə isə qanunvericilik
çərçivəsində apelyasiya
komissiyasında baxılacağına söz
vermişdir.
Vətəndaşlar
qəbula və habelə sərbəst fikir
mübadiləsi üçün
yaradılan şəraitə görə minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 4.