Ekologiya və təbii sərvətlər
naziri Qəbələdə vətəndaşları
qəbul edəcəkdir
Ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu
Bağırov sentyabrın 11-də saat
10:00-da Qəbələ Şəhər Mədəniyyət Mərkəzində
vətəndaşların qəbulunu keçirəcəkdir.
Nazirliyin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, qəbulda
Qəbələ ilə yanaşı, Şəki, Zaqatala, Balakən, Qax,
İsmayıllı və Oğuz
rayonlarının sakinləri də iştirak
edəcəklər.
Qəbula gəlmək
istəyənlər ekologiya.nazirliyi@gmail.com və
ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanlarında, Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
168 nömrəli "Qaynar xətt"ində,
həmçinin Qəbələ Rayon
Meşə Mühafizəsi və Bərpası Müəssisəsində
(Qəbələ şəhəri, Nəsimi
küçəsi 65, əlaqə telefonu:
050 330 87 19; 055 755 53 37; 050 545 23 61; 024 205 13 08) qeydiyyatdan
keçməlidirlər.
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 4.