Forum
iştirakçıları Qəbələdə oldular
Xaricdə
Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAİF) XI Yay
Bakı Forumunun
iştirakçıları sentyabrın 1-də Azərbaycanın
gözəl guşələrindən biri
olan Qəbələ rayonuna
səfər ediblər. 400-dən çox
gəncin iştirak etdiyi
bu səfər "Bizim forum,
bizim seçim, bizim Azərbaycan" devizi
altında keçirilən 3 günlük
Bakı forumunun sonuncu
gününə təsadüf etdi.
Səfər
çərçivəsində forum
iştirakçıları Qəbələ rayon
Mədəniyyət Mərkəzində oldular.
Burada
ASAİF-çilərlə Azərbaycan Ağsaqqallar
Şurasının sədri, Milli Məclisin
deputatı Fəttah Heydərov və rayon
rəhbərliyinin nümayəndələri arasında görüş keçirildi.
Öncə gənclərə Qəbələ rayonunun coğrafi mövqeyi, infrastrukturu, əhalinin
məşğulluğu və inşa olunan yeni müəssisə,
fabrik, zavodlar barədə
geniş məlumat verildi.
Qeyd edildi ki, 98 min əhalisi olan bu rayonda
son 10 ildə görülən uğurlu işlər nəticəsində əhalinin
yaşayış səviyyəsi yüksəlib. Rayonda çoxsaylı sosial
obyektlər açılıb. Turizm üçün ən əlverişli rayon olan Qəbələdə
dünyanın ən məşhur hotelləri sırasına daxil olan hotellər, istirahət
mərkəzləri açılıb. Respublikada
turizm sektorunun
inkişafı üçün
ixtisaslı kadrlar hazırlayan müəssisələrdən
biri də Qəbələdə yerləşən
Qəbələ Şəhər Turizm və
Hotelçilik üzrə Peşə Tədris
Mərkəzidir.
Milli Məclisin deputatı Fəttah
Heydərov bildirdi ki,
Qəbələ artıq Azərbaycanın mədəniyyət
mərkəzinə çevrilməkdədir. Rayonda
2009-cu ildən başlayaraq hər il yay aylarında beynəlxalq
müsiqi festivalı keçirilir.
Qəbələdə bir çox
ölkələrdə mövcud olmayan pianino zavodu da var.
Gəncləri
maraqlandıran sualları cavablandıran Ağsaqqallar
Şurasının sədri ümummilli lider Heydər Əliyevlə bağlı
maraqlı xatirələrini də bölüşdü.
Onun sözlərinə görə, dahi lider Qəbələyə
səfər edərkən rayonun təbiəti
onu çox məmnun edib.
Buranın gözəllikləri ilə bağlı dahi şəxsiyyət deyib:
"Qəbələ Azərbaycanın İsveçrəsidir".
Bu fikirlərdən sonra
rayonun sosial-iqtisadi
inkişafı daha da
sürətləndirilib və Qəbələdə onlarla müəssisə, zavod
inşa olunub. Təbiətin
qoynunda insanların asudə
vaxtlarının daha gözəl
keçirməsi üçün istirahət
mərkəzləri salınıb.
Sonra Fəttah Heydərov diqqətə
çatdırıb ki, inkişaf
etməkdə olan müasir
Azərbaycanın gələcəyi bugünkü
gənclərin əlindədir. Dahi lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı bu
gün dünyaya
tanıdan, müstəqil siyasət aparan Prezident İlham Əliyev
Azərbaycan gəncliyinə arxalanır. Bu işdə ən
ağır yük xaricdə təhsil alan tələbələrimizin çiyinlərinə
düşür. Çünki
onlar təhsil almaqla bərabər,
Azərbaycan həqiqətlərinin, tarixinin,
mədəniyyətinin və adət-ənənəsinin
yüksək səviyyədə təbliğatını
aparmalıdırlar. Bu baxımdan ASAİF-in üzərinə götürdüyü
missiya hər bir azərbaycanlını
sevindirir. Adı çəkilən təşkilat
xaricdə təhsil alan gənclərin
şəbəkələşməsini təşkil etməklə,
onların birliyini qurmaqla
Azərbaycan dövlətinə, dövlətçiliyinə öz töhfəsini verir.
Çıxışının
sonunda bu işdə əməyi
olan bütün
ASAİF-çilərə təşəkkürünü
bildirən Milli Məclisin deputatı gəncləri
daha möhkəm bağlarla
bir-birinə dəstək olmağa, azərbaycançılıq
ideyasını dünyada dayanmadan
təbliğ etməyə səslədi.
Görüşdən
sonra forum
iştirakçıları Qəbələ rayonu
ilə yaxından tanış oldular və
tədbir "Qafqaz Riverside"
hotelində maraqlı istirahət, musiqili proqramlarla davam etdirildi. Bununla da, ASAİF-in 3 günlük XI Yay Bakı Forumu başa çatdı.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 5.