Azərbaycan
nümayəndə heyəti «Kapoşvarın VII damazlıq
günləri» sərgisində iştirak etmişdir
AzərTAc xəbər
verir ki,
Macarıstanın Kapoşvar şəhərində
"Kapoşvarın VII damazlıq günləri" sərgisi
keçirilmişdir. Sərgidə Azərbaycanın
kənd təsərrüfatının inkişafını əks
etdirən stend qurulmuşdur.
Tədbirdə
ölkəmizi kənd təsərrüfatı nazirinin müavini Bəhram
Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti
təmsil etmişdir. Sərginin
açılış mərasimində çıxış
edən B.Əliyev Azərbaycan ilə Macarıstan arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı
sahəsində əməkdaşlıq əlaqələrinin
yüksək səviyyədə olduğunu,
dövlətlərimizin başçılarının
qarşılıqlı səfərləri zamanı
aparılmış danışıqlar və imzalanmış
sənədlərin nəticəsi olaraq aqrar sahədə də əməkdaşlıq
üçün zəmin
yarandığını bildirmişdir.
Macarıstanın
kənd təsərrüfatı və kəndin
inkişafı naziri Şandor
Fazekaş, Macarıstan parlamenti
sədrinin müavini Marta
Matray, Kaposvar şəhərinin
meri və digər rəsmi şəxslər
sərgidəki Azərbaycan stendinə baxmışlar.
Səfər
çərçivəsində Macarıstan Ticarət evinin təşkilatçılığı
ilə biznes nümayəndələri
arasında görüş keçirilmişdir. Eləcə
də hər iki ölkə arasında aqrar təhsil sahəsində mövcud
əməkdaşlıq əlaqələrinin daha
da genişləndirilməsi məqsədilə
Azərbaycan Dövlət Aqrar və
Macarıstanın Kapoşvar universitetləri
arasında əməkdaşlıq haqqında saziş
imzalanmışdır.
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 6.