«Elektron hökumət» portalına 6 yeni xidmət daxil edilib

 

Dövlət qurumlarının "Elektron hökumət" portalı üzərindən əhaliyə təqdim etdikləri elektron xidmətlərin sayı artmaqda davam edir.

Rabitə İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, artıq Mərkəzi Seçki Komissiyasının (MSK) 6 xidməti "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya edilib. Bu xidmətlərə "Ad, soyad ata adı üzrə dairə məntəqələrin axtarışı", "Dairə məntəqə ünvanlarının axtarışı", "Dairə məntəqələrin xəritə üzrə axtarışı", "Onlayn müraciət", "Seçici siyahısı üçün məlumatların daxil edilməsi", "Seçici ünvanına görə dairə məntəqənin axtarışı" daxildir.

MSK-nın sözügedən elektron xidmətlərini seçdikdə hər bir portal istifadəçisi tələb olunan məlumatları daxil etməklə ad, soyad ata adı üzrə dairə məntəqələrin, dairə məntəqələrin ünvanlarının, seçici ünvanına görə dairə məntəqənin, dairə məntəqələrin xəritə üzrə axtarışlarını seçici siyahısı üçün məlumatları əldə etməklə yanaşı, həmçinin onlayn müraciətlərini göndərə bilər.

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 6.