«Aqrar
bölmədə lizinqin genişləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli
468 nömrəli sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Aqrar
bölmədə lizinqin genişləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli
468 nömrəli sərəncamını "Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2013-cü il 1 fevral tarixli 549 IVQD nömrəli
qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alıram:
"Aqrar bölmədə lizinqin
genişləndirilməsi sahəsində əlavə tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 23 oktyabr tarixli 468 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 10, maddə 844; 2005, ¹ 9, maddə
839; 2007, ¹ 1, maddə 30; 2008, ¹ 8, maddə 761)
2-ci hissəsində "tinglərin, toxumların" sözləri
"genetik modifikasiya
olunmamış tinglərin və toxumların" sözləri
ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 2.