2013-cü il iyunun 18-də Bakı
şəhərində imzalanmış “Azərbaycan Respublikası
Hökuməti və Koreya Respublikası
Hökuməti arasında İqtisadi İnkişaf üzrə Əməkdaşlıq
Fondundan alınacaq kreditlərə dair Saziş”in təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il iyunun 18-də Bakı
şəhərində imzalanmış "Azərbaycan
Respublikası Hökuməti və Koreya
Respublikası Hökuməti arasında İqtisadi
İnkişaf üzrə Əməkdaşlıq
Fondundan alınacaq kreditlərə dair Saziş" təsdiq
edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən
Sazişin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər
Nazirliyi həmin Sazişin
qüvvəyə minməsi üçün
zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə
Koreya Respublikası Hökumətini xəbərdar
etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 2 sentyabr 2013-cü il
Azərbaycan.
- 2013.- 3 sentyabr.- S. 2.