Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 210                   Bakı şəhəri, 14 avqust 2013-cü il

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsalkommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə

 

 

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması, onun Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 854 nömrəli fərmanının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 5, maddə 355; 2002, ¹ 11, maddə 678; 2003, ¹ 6, maddə 342; 2004, ¹ 4, maddə 308, ¹ 5, maddə 385, ¹ 8, maddə 655, ¹ 11, maddə 966; 2005, ¹ 6, maddə 558, ¹ 11, maddə 1061; 2006, ¹ 3, maddə 297, ¹ 5, maddə 463; 2007, ¹ 5, maddə 543; 2008, ¹ 2, maddə 118; 2010, ¹ 4, maddə 352; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 12 iyun tarixli 138 nömrəli qərarı) ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsalkommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları"nın 2.23-cü bəndinə "şəxslərin" sözündən sonra ", Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin hərbi qulluqçularının" sözləri əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 3.