Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

№ 213             Bakı şəhəri, 16 avqust 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Milli mədəniyyət sərvətlərinin mühafizəsinin, kənara çıxarılmasının və onlardan istifadə Qaydalarının təsdiq edilməsi haqqında" 1998-ci il 15 oktyabr tarixli 204 nömrəli və "Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydasının təsdiq edilməsi haqqında" 1999-cu il 12 avqust tarixli 130 nömrəli qərarlarının ləğv edilməsi barədə

 

 

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:

 

1. "Milli mədəniyyət sərvətlərinin mühafizəsinin, kənara çıxarılmasının və onlardan istifadə Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 204 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №10, maddə 625; 2000, № 5, maddə 365; 2005, № 6, maddə 536, № 12, maddə 1235; 2006, № 5, maddə 463; 2007, № 10, maddə 1012; 2008, № 4, maddə 319; 2013, №4, maddə 442).

 

2. "Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 avqust tarixli 130 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 526; 2005, №12, maddə 1235; 2006, №5, maddə 463; 2007, № 10, maddə 1012; 2013, №4, maddə 443).

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 3.