Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
215 Bakı şəhəri,
16 avqust 2013-cü il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli
277 nömrəli qərarı ilə təsdiq edilmiş
"Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən
qurumların) və onun bölmələrinin
adları"nda dəyişikliklər edilməsi barədə
"Alternativ və bərpa olunan
enerji sahəsində əlavə tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 1 fevral tarixli 810 nömrəli fərmanının
10.5-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli
277 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə
153, ¹ 4, maddə 282, ¹ 7, maddə 605, ¹ 8, maddələr 674,
680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 1, maddə 60, ¹ 2,
maddələr 146, 161, ¹ 10, maddələr 906, 912, ¹ 11, maddə
1040; 2011, ¹ 1, maddə 66, ¹ 5, maddə 446, ¹ 9, maddələr
856, 862; 2012, ¹ 5, maddə 479, ¹ 8, maddə 818, ¹ 10, maddə
1027, ¹ 11, maddə 1205; 2013, ¹ 1, maddə 74) ilə təsdiq edilmiş "Dövlət orqanlarının
aparatının (və ya onların fəaliyyətini
təmin edən qurumların) və onun
bölmələrinin adları"nda aşağıdakı
dəyişikliklər edilsin:
1. "Azərbaycan
Respublikası Müəllif Hüquqları Agentliyinin
Aparatı" qrafasından sonra
aşağıdakı məzmunda qrafa əlavə
edilsin:
"Azərbaycan
Respublikasının Alternativ və Bərpa
Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin
Aparatı".
2. "Azərbaycan
Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa
Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin
Aparatı" qrafası ləğv edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.
- 2013.- 3 sentyabr.- S. 3.