Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 216             Bakı şəhəri, 16 avqust 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişikliklər edilməsi barədə

 

 

"Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli fərmanının 10.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹ 10, maddə 1021, ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr 674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr 146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447, ¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə 817, ¹ 10, maddə 1028, ¹ 11, maddə 1204, ¹ 12, maddə 1363, ¹ 12, maddə 1388; 2013, ¹ 1, maddə 73) ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın II bölməsində 16.1.1-ci yarımbənd ləğv edilsin və həmin bölməyə aşağıdakı məzmunda 32-1-ci hissə əlavə edilsin:

 

 

 

32-1        Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

 

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 3.