Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 218                   Bakı şəhəri, 16 avqust 2013-cü il

 

 

 

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

 

 "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli fərmanının 10.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 747; 2012, ¹ 8, maddələr 824, 830; 2013, ¹ 3, maddə 347 ) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)" nin 46-cı hissəsinin "Orqanın adı" sütununda "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 3.