Azərbaycanın
yəhudi icmasına
Hörmətli
həmvətənlər!
Sizi yəhudi xalqının əlamətdar
milli bayramlarından olan
Roş-Ha-Şana münasibətilə
ürəkdən təbrik edir, ən səmimi
arzu və diləklərimi yetirirəm.
Sivilizasiyaların
qovşağında yerləşən Azərbaycan bu gün etnik-mədəni
müxtəlifliyin, multikulturalist ənənələrin
qorunub saxlandığı,
ayrı-ayrı dinlər və mədəniyyətlər
arasında qarşılıqlı hörmət və etimad şəraitinin mövcud
olduğu nadir məkanlardandır. Xalqlararası ənənəvi
dostluq və qardaşlıq münasibətlərinin,
vətəndaş həmrəyliyinin, nümunəvi
tolerantlıq mühitinin hökm
sürdüyü Azərbaycan cəmiyyətində
yəhudi icmasının özünəməxsus yeri vardır. Məmnuniyyətlə
qeyd etmək istəyirəm ki, yəhudi əsilli vətəndaşlarımız
hazırda böyük inkişaf
və tərəqqi mərhələsini yaşayan
ölkəmizin ictimai-siyasi və mədəni
həyatında yaxından iştirak edir, hüquqi dövlət
quruculuğu prosesində fəal mövqe nümayiş
etdirirlər.
Yeniliyin, mənəvi
saflığın, xeyirxahlıq və həmrəylik
duyğularının rəmzi olan Roş-Ha-Şana münasibətilə bir daha hər birinizi təbrik edir, ailələrinizə
xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət
arzulayıram.
Bayramınız
mübarək olsun!
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 3 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 1.