Əli İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

2013-cü ildə Azərbaycanın tanınmış dövlət xadimi Əli İsmayıl oğlu İbrahimovun anadan olmasının 100 illiyi tamam olur.

Uzun illər müxtəlif məsul vəzifələrdə çalışdığı Azərbaycan hökumətinə rəhbərlik etdiyi dövr ərzində Əli İbrahimov özünün zəngin idarəçilik təcrübəsi, təşkilatçılıq bacarığı səmərəli fəaliyyəti ilə respublikanın sosial-iqtisadi inkişafına sanballı töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, tanınmış dövlət xadimi Əli İsmayıl oğlu İbrahimovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə Əli İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 1.