Prezident İlham
Əliyev Yunanıstanın Azərbaycandakı səfirinin
etimadnaməsini qəbul etmişdir
Sentyabrın
3-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Yunanıstan
Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqasın etimadnaməsini qəbul etmişdir.
Səfir Dimitrios Tsounqas fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Dimitrios Tsounqas
etimadnaməsini Prezident İlham
Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev
səfirlə söhbət etdi.
Dimitrios Tsounqas Yunanıstan Respublikasının Prezidenti Karolos
Papulyasın Azərbaycana uğurlu səfərini
məmnunluqla xatırladığını dedi.
Əlaqələrimizin genişləndirilməsi üçün böyük
potensialın olduğunu vurğulayan
diplomat əməkdaşlığımızın
möhkəmləndirilməsi üçün
səylərini əsirgəməyəcəyinə əminliyini
ifadə etdi.
Dövlət
başçısı Azərbaycan ilə Yunanıstan
arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident
İlham Əliyev Yunanıstan
Respublikasının Prezidenti Karolos Papulyasın ölkəmizə uğurlu səfərini məmnunluqla
xatırladı. Dövlət başçısı ölkələrimiz
arasında ikitərəfli
əlaqələrin iqtisadi, siyasi, enerji, təhsil, mədəniyyət
və digər sahələrdə daha da möhkəmləndiriləcəyinə əminliyini
ifadə etdi.
AzərTAc
Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 2.