Prezident İlham
Əliyev İtaliyanın Azərbaycandakı səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də İtaliya Respublikasının ölkəmizdəki
səfiri Ciampaolo Kutillonun
etimadnaməsini qəbul etmişdir.
Səfir Ciampaolo Kutillo fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı
Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin
uğurla inkişaf edərək tərəfdaşlıq
səviyyəsinə qalxdığını
vurğuladı. İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti
Enriko Lettanın ölkəmizə tarixi səfərini və səfər zamanı aparılan müzakirələri
məmnunluqla xatırlayan
Prezident İlham Əliyev əlaqələrimizin
daha da möhkəmləndirilməsi
baxımından bu səfərin önəmini
qeyd etdi. Dövlət başçısı
iki ölkə arasında əlaqələrin
müxtəlif istiqamətlərdə,
o cümlədən iqtisadi,
enerji, sərmayə qoyuluşu və digər sahələrdə
genişləndirilməsi üçün
yaxşı imkanların
olduğunu dedi.
Səfir Ciampaolo Kutillo Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat
yaratdığını dedi.
O, öz növbəsində
İtaliya Respublikası
Nazirlər Şurasının
Prezidenti Enriko Lettanın Azərbaycana tarixi səfərinin əhəmiyyətinə toxundu.
Ölkələrimiz arasında
əməkdaşlığın enerji, ticarət, qarşılıqlı investisiya
qoyuluşu, mədəniyyət,
turizm, vətəndaş
cəmiyyəti və
digər sahələrdə
daha da inkişaf
etdirilməsinin önəmini
qeyd edən səfir diplomatik fəaliyyəti dövründə
bu istiqamətdə səylərini əsirgəməyəcəyini
dedi.
Görüşdə Avropa İttifaqı
çərçivəsində Azərbaycan ilə əməkdaşlıq məsələləri
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 2.