Prezident İlham
Əliyev Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Niderland Krallığının ölkəmizdəki
səfiri Robert Jan Qabrielsenin etimadnaməsini qəbul etmişdir.
Səfir Robert Jan Qabrielsen fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Diplomat etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Robert Jan Qabrielsen paytaxtımızda gedən
sürətli inkişaf
proseslərinin onda dərin təəssürat
yaratdığını dedi.
O, Niderland Kralı əlahəzrət Villem-Aleksandrın
Azərbaycan xalqına
ən xoş arzularını çatdırdı.
Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında
ikitərəfli münasibətlərin
inkişafı üçün
yaxşı potensialın
mövcud olduğu vurğulandı, əlaqələrimizin
müxtəlif sahələrdə
inkişaf etdirilməsində
qarşılıqlı layihələrin
önəmi qeyd edildi.
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsi
ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsinin
aparıldığı görüşdə
ikitərəfli münasibətlərimizin
bundan sonra da möhkəmləndiriləcəyinə
əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 2.