Özbəkistanın
milli bayramı - Dövlət müstəqilliyinin
22-ci ildönümü münasibətilə
rəsmi qəbul təşkil edilmişdir
Sentyabrın
3-də Özbəkistanın Azərbaycandakı səfirliyi
ölkəsinin milli bayramı - Dövlət
müstəqilliyinin 22-ci ildönümü
münasibətilə rəsmi qəbul təşkil etmişdir.
AzərTAc xəbər
verir ki, tədbir hər
iki ölkənin dövlət himnlərinin
səsləndirilməsi ilə başlamışdır.
Səfir
Şerzod Fayziyev
ölkəsinin 22 il ərzində keçdiyi inkişaf yolundan danışmış, iqtisadi
və mədəni sahələrdə böyük
tərəqqiyə nail olunduğunu
vurğulamışdır. Özbəkistanın Azərbaycanı
özünün strateji
tərəfdaşı hesab etdiyini deyən səfir ikitərəfli əlaqələrin daha
da inkişafı üçün
böyük potensialın olduğunu
diqqətə çatdırmışdır.
Azərbaycanın
dinamik inkişafını xüsusi
qeyd edən diplomat
ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət,
elm, təhsil sahəsində əməkdaşlığın
bundan sonra da dönmədən inkişaf
edəcəyinə ümidvar olduğunu söyləmişdir.
Azərbaycan
Respublikası Baş nazirinin
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov əlamətdar
gün münasibətilə tədbir
iştirakçılarını təbrik etmiş,
özbək xalqına əmin-amanlıq və firavanlıq
arzulamışdır.
Əli Həsənov demişdir
ki, Azərbaycan ilə Özbəkistan
arasında əlaqələrin dərin tarixi
kökləri vardır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə Özbəkistanla
münasibətlərə həmişə böyük
önəm verdiyini diqqətə
çatdıran Əli Həsənov bu
gün də bu siyasətin
Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Baş nazirin müavini dost ölkələr olan
Azərbaycan ilə Özbəkistan arasında getdikcə
genişlənən əlaqələrdən məmnunluğunu
bildirərək demişdir ki, qarşılıqlı səfərlər,
yüksək səviyyəli görüşlər və
danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli
zəmin yaradır.
İki dost
ölkə arasında bir sıra oxşar cəhətləri vurğulayan
Əli Həsənov həm Azərbaycanda, həm də Özbəkistanda
şəffaf, demokratik idarəçilik sisteminin mövcud olduğunu bildirmişdir.
Azərbaycan
və Özbəkistan arasında bütün
sahələrdə əlaqələrin yüksələn xətt üzrə
inkişaf etdiyini
bildirən Baş nazirin
müavini dövlətlərimiz
arasında əməkdaşlığın
bundan sonra da uğurla davam etdiriləcəyini
diqqətə çatdırmışdır.
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 2.