Yeni nəsil biometrik
pasportların təqdimat mərasimi keçirilmişdir
Sentyabrın
3-də Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Bakı Regional Mərkəzinin inzibati
binasında biometrik pasportların
istehsalına və vətəndaşlara təqdim
olunmasına start verilmişdir.
Tədbirdə respublikanın daxili işlər
naziri, general-polkovnik Ramil Usubov iştirak
etmişdir.
Nazirliyin mətbuat
xidmətindən bildirmişlər ki,
şəxsiyyəti təsdiq edən yeni
nəsil biometrik sənədlərin tətbiqi
sahəsində qabaqcıl beynəlxalq təcrübənin
yaxından öyrənilməsi məqsədi ilə Baş İdarənin əməkdaşları
Kanada, Almaniya,
İsveçrə, Estoniya, Xorvatiya və digər ölkələrdə
müxtəlif kurs, seminar
və treninqlərdə iştirak etmişlər.
Yeni nəsil pasportların istehsalı üçün İsveçrənin "Trüb AG" şirkəti ilə
imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, müvafiq texniki
avadanlığın Azərbaycana gətirilməsi və
quraşdırılması, pasport
blanklarının hazırlanması təmin olunmuşdur.
Eyni zamanda, biometrik pasportların istehsalı sahəsində
xidmət aparacaq əməkdaşlarla xüsusi treninqlər keçirilmişdir.
Regional Mərkəzin yeni inzibati binasının
birinci mərtəbəsində elektron növbələri tənzimləyən
müvafiq köşklər
quraşdırılmışdır. Burada
vətəndaşlara müxtəlif xidmətlər göstərilməsi
üçün lazımi şərait
yaradılmış, eyni zamanda
təcili tibbi yardım məntəqəsi
və internet-kafe istifadəyə verilmişdir.
Zalda eyni vaxtda 24 vətəndaşa xidmət göstərmək,
gün ərzində isə orta hesabla 700-dən
artıq şəxsin sənədlərini qəbul etmək mümkün olacaqdır. Burada fotoşəkillərin
çəkilməsi üçün biometrik fotokabinələr, əl-barmaq izlərinin
alınması üçün müasir daktiloskopik
avadanlıqlar, məlumatların dərhal bazaya
ötürülməsi, həmçinin xüsusi
yoxlamaların keçirilməsi üçün
müvafiq proqram təminatı
ilə təchiz edilmiş kompyuterlər və
digər texniki vasitələr yerləşdirilmişdir.
Pasportların
hazırlanması və vətəndaşlara təqdim edilməsi
inzibati binanın ikinci
mərtəbəsində həyata keçirilir.
Burada da vətəndaşların
rahatlığı nəzərə alınmış, onlar üçün hər
cür şərait yaradılmış, qanunvericiliyin tələblərinə uyğun olaraq
aldıqları pasportların elektron
daşıyıcılarında (çiplərdə) özləri
haqqında məlumatları yoxlaya bilmələri
üçün xüsusi
köşklər quraşdırılmışdır.
Ödədikləri
dövlət rüsumunun məbləğindən
asılı olaraq vətəndaşlar on, beş və ya bir iş
günü ərzində pasportlarla
təmin olunacaqlar.
Məlumatda
o da bildirilir
ki, ölkə rəhbərliyinin diqqət
və qayğısı nəticəsində respublika
üzrə fəaliyyət göstərən daha
8 regional mərkəzin (Naxçıvan,
Gəncə, Lənkəran, Şəki, Quba,
Göyçay, Bərdə, Şirvan) yeni inzibati binalarının inşası başa çatdırılmış,
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin təkmilləşdirilməsi, operativ rabitənin yaradılması və digər
zəruri texniki təminat məsələləri
öz həllini tapmışdır.
Mərasimdə
iştirak edən daxili
işlər naziri, general-polkovnik
Ramil Usubov 10 vətəndaşa
yeni biometrik pasport təqdim etmişdir.
Biometrik pasportların ilk sahibləri bu yeniliyi yüksək qiymətləndirərək
yaradılmış şəraitə, onlara
göstərilən diqqət və qayğıya görə
ölkə rəhbərliyinə minnətdarlıqlarını
bildirmişlər.
AzərTAc
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 3.