«HR School»
layihəsi başa
çatmışdır
Azərbaycan
Respublikası Gənclər və İdman
Nazirliyinin, "İrəli" İctimai Birliyinin (İB)
və Xaricdə Təhsil Alan və Məzun
Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) birgə həyata keçirdikləri
"HR School" layihəsi başa çatmışdır.
"İrəli"
İB-dən bildirmişlər ki, iki ay davam
etmiş layihə müddətində 25 nəfər
gənc mütəxəssis insan
resursları və təşkilati idarəetmə sahəsində
təlimlərdə iştirak etmişdir.
Təlimlər
Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin və "Azərsun Holdinq"in aparıcı mütəxəssisləri tərəfindən
keçirilmişdir.
Layihəni uğurla başa vuran gənclərə diplomlar
təqdim olunmuşdur.
Diplomları
təhsil naziri Mikayıl Cabbarov,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Siyasi təhlil və
informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanov, Milli Məclisin
deputatı Fəttah Heydərov və Azərbaycan
Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru
Şahmar Mövsümov
təqdim etmişlər.
AzərTAc
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 3.