Bakıda
keçirilən Beynəlxalq Münasibətlər üzrə
Alimlər Assosiasiyasının II Forumu panel iclaslarla işini davam etdirmişdir
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının və Prezident
yanında Strateji Araşdırmalar Mərkəzinin
(SAM) təşkilatçılığı ilə Bakıda
keçirilən Beynəlxalq Münasibətlər üzrə
Alimlər Assosiasiyasının "Dəyişən dünyada Cənubi Qafqaz"
mövzusunda II Forumu
sentyabrın 3-də işini panel iclaslarla davam
etdirmişdir.
AzərTAc
xəbər verir ki, forumun "Cənubi Qafqazda
uzun müddət davam
edən münaqişələr: mürəkkəb vəziyyətdən
çıxış yolu
axtarışında" mövzusunda
keçirilən III panel iclasında
SAM-ın direktoru Fərhad Məmmədov
məruzə ilə çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və acı nəticələri
haqqında danışmışdır. Bildirilmişdir
ki, rəsmi Yerevan beynəlxalq
hüququn norma və
prinsiplərini kobud şəkildə pozmaqda davam edərək
Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır.
F.Məmmədov
diqqətə çatdırmışdır ki,
münaqişə nəticəsində Ermənistan Cənubi Qafqazda həyata keçirilən regional layihələrdən tamamilə təcrid
olunmuşdur və bu
ölkənin iqtisadiyyatı gündən-günə geriləyir.
SAM-ın direktoru beynəlxalq ictimaiyyəti Azərbaycanın
haqq səsini dəstəkləməyə,
təcavüzkar siyasətindən əl çəkməsi üçün rəsmi Yerevana
təzyiq göstərməyə
çağırmışdır.
F.Məmmədov
müstəqilliyini bərpa etdikdən sonra
ötən illər ərzində Azərbaycanda görülən
işlər haqqında məlumat vermiş,
Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə uğurlu islahatların, dövlət
proqramlarının həyata keçirildiyini diqqətə
çatdırmışdır.
O,
həmçinin vurğulamışdır ki,
dünya dövlətləri üçün tolerantlıq nümunəsi olan Azərbaycan müxtəlif xalqların,
millətlərin və dinlərin dinc
yanaşı mövcud olduğu,
mədəniyyətlərin
qaynayıb-qarışdığı bir
ölkədir.
"Azərbaycan
Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə
Heyətinin üzvü, Milli
Məclisin deputatı Rövşən Rzayev
Ermənistanın tarix boyu
Azərbaycana qarşı törətdiyi soyqırımı
aktlarından danışmışdır. O,
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyevanın təşəbbüskarı
olduğu "Xocalıya ədalət"
beynəlxalq kampaniyası çərçivəsində
dünyanın bir çox
ölkələrində keçirilən tədbirlərin bu faciə ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılmasında rolunu
vurğulamışdır.
Milli Məclisin
deputatı müstəqilliyinin ilk illərində
Azərbaycanın üzləşdiyi çətinliklərdən
danışaraq bildirmişdir ki, yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışından sonra dövlətçiliyimizin
möhkəmləndirilməsi istiqamətində addımlar
atılmış, Azərbaycan beynəlxalq aləmdə layiqli
yerini tutmuşdur. Bildirilmişdir ki, ulu öndərin siyasətinin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində bu gün
Azərbaycan artıq qlobal miqyasda
əsas söz sahiblərindən biri qismində çıxış edir.
Azərbaycan
Respublikasının təhsil naziri
Mikayıl Cabbarov istənilən sahədə
uğurların davamlılığını təmin etmək
üçün təhsil sisteminin
inkişaf etdirilməsinin vacibliyindən
danışmışdır. Dünyada dostluq və həmrəylik prinsiplərinə
riayət etməyin vacibliyini diqqətə
çatdıran M.Cabbarov bu
amillərin yalnız insanlar arasında dostluğu təmin etməklə mümkün olduğunu
vurğulamışdır. Uğur
qazanmağın əsas amillərindən birinin
savadlı gəncliyin yetişməsi olduğunu
söyləyən nazir son
illər Azərbaycanda təhsil sahəsinin inkişaf
etdiyini də diqqətə
çatdırmışdır.
İclasda
çıxış edən Türkiyənin sabiq
xarici işlər naziri
Hikmət Çətin, Kanada Kral Hərbi Kollecinin siyasi elmlər departamentinin
rəhbəri Pyer Yoliko
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı fikirlərini
bölüşmüşlər.
Daha sonra Forumun "Cənubi Qafqaz regionu Avropa ilə
Asiyanın kəsişməsində" mövzusunda
dördüncü panel
iclası keçirilmişdir. SAM-ın iqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə
şöbəsinin müdiri Vüsal Qasımlı iclasda
məruzə ilə çıxış edərək Azərbaycanda
gedən sürətli inkişafdan, bütün sahələrdə həyata
keçirilən uğurlu islahatlardan,
ölkəmizdə qaçqınlara və məcburi
köçkünlərə göstərilən
qayğıdan danışmışdır. O bildirmişdir
ki, Azərbaycan öz
imkanlarından səmərəli istifadə edərək maddi kapitalı insan
kapitalına çevirir. Diqqətə
çatdırılmışdır ki, qeyri-neft sektorunun
inkişafı dövlətin qarşısında duran prioritet məsələdir.
Azərbaycan Diplomatik
Akademiyasının elmi işçisi
Taleh Ziyadov Böyük İpək Yolunun
Azərbaycan ərazisindən keçməsinin dünya ticarəti ilə intensiv
şəkildə əlaqə yaradılmasında rolundan danışmışdır.
Korvinus Universitetinin professoru,
Macarıstanın Birləşmiş Millətlər Təşkilatındakı
keçmiş səfiri Andre
Erdos və İlia
Dövlət Universitetinin qonaq
mühazirəçisi Aleksandr Murinson çıxışlarında
vurğulamışlar ki, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində
yerləşən, əlverişli nəqliyyat və digər kommunikasiya imkanlarına malik
ölkə kimi tanınır. Qeyd edilmişdir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
mühüm rolu
vardır. Azərbaycan postsovet məkanında
Qərb ilə enerji sahəsində əməkdaşlıq
edən mühüm dövlətdir və
dünyada etibarlı tərəfdaş kimi qəbul olunur.
Tədbirdə
vurğulanmışdır ki, regionda sabitliyin təmin
olunması, ölkələr arasındakı münasibətlərin
dostluq əlaqələrinə söykənməsi
iqtisadi əməkdaşlığın
inkişafına da töhfə verir. Regionda sülh və sabitliyin təmin
olunması üçün birgə əməkdaşlıq
olduqca vacibdir.
Sonda
iştirakçıları maraqlandıran suallar
cavablandırılmışdır.
Beləliklə,
ikigünlük forum işini başa
çatdırmışdır.
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 4.