Son 10 ildə gənclər
siyasəti üçün dövlət
büdcəsindən ayrılan vəsait 100 dəfə
artıb
Dünən gənclər
və idman naziri Azad Rəhimov 2013-cü ilin
son 8 ayında nazirliyin
fəaliyyətinə həsr olunmuş mətbuat
konfransı keçirib. Nazir
ölkəmizdə gənclərə və idmana
göstərilən dövlət qayğısından
danışaraq, onların bu sahədə
qazandığı nailiyyətləri yüksək qiymətləndirdi.
Qeyd etdi ki, gənclər aparıcı qüvvədir
və onlara sağlam,
fəal həyat mövqeyi
aşılanması, geniş fəaliyyət
şəraiti yaradılması Prezident İlham Əliyevin daim
diqqət mərkəzindədir. Hər cür imtiyazlara malik olan Azərbaycan gənclərinin
istər işlə təminatında, istər xarici
ölkələrdə təhsil almalarında, istərsə də
onların istirahətlərinin təşkilində böyük proqramların
reallaşdırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi
üçün ardıcıl tədbirlər
görülür.
Azad Rəhimovun
sözlərinə görə, gənclər siyasəti ilə
bağlı cari ilin
ötən dövründə bütövlükdə 90-dan artıq
tədbir həyata keçirilib. 200-dən
artıq azərbaycanlı gənc xaricdə keçirilən
tədbirlərdə iştirak edib. Ötən müddət ərzində müxtəlif
bölgələrdə 19 Gənclər Evi
açılıb. Son 10 ildə dövlət
gənclər siyasəti üçün
dövlət büdcəsindən ayrılan vəsait 100 dəfə
artaraq 2012-ci ildə 25 milyon
manat təşkil edib.
Gənclərin
ictimai fəallığının
artmasının qeyri-hökumət təşkilatlarının
sayının dinamikasında göründüyünü
deyən A.Rəhimov belə təşkilatların
sayının 10 il ərzində təxminən
5 dəfə artaraq 51-dən 250-yə
çatdığını bildirdi: "Gənclərin
təşəbbüslərini və ictimai
fəallığını stimullaşdırmaq, yeni menecerlər formalaşdırmaq məqsədilə
onların dəstəklənmiş layihələrinin sayı
2006-cı illə müqayisədə 25 dəfə, layihələrə
ayrılmış maliyyə vəsaitləri isə 38 dəfəyədək
artıb. Təhsil alan
gənclərə sosial dəstəyin
artırılması məqsədilə 197 min
tələbəyə 30 ölkədə 80 min
obyektdən imtiyazlı istifadə etmək hüququ
verən vahid tələbə
kartının pulsuz paylanmasına
başlanılıb".
Gənclərin
beynəlxalq əməkdaşlığı əhəmiyyətli
dərəcədə genişlənib, ikitərəfli və
çoxtərəfli əlaqələrin olduğu
dövlətlərin sayı 63-dək artıb. Hər il ölkəyə müxtəlif tədbirlərlə
bağlı gələn və xarici
ölkələrə göndərilən gənclərin
sayı da artmaqdadır. Hazırda orta hesabla il
ərzində mübadilədə 2 minədək gənc iştirak edir ki, bu da
2003-cü illə müqayisədə 20 dəfə çoxdur.
600
min gənc ilk dəfə
seçkidə iştirak edəcək
"Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramının icrası ilə əlaqədar gənclər
təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi
ilə bağlı elan edilən
müsabiqələr barədə məlumat verən Azad Rəhimov bildirdi ki, 2013-cü ildə gənclər sektorunda
olan 71 QHT-yə 1 milyon
500 min manat məbləğində
qrant ayrılıb. Cari
ilin 27-30 mart tarixlərində
"Azərbaycan 2020: gənclərin baxışı" mövzusunda İtaliya
Respublikasında Xarici Ölkələrdə
Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Roma Forumu keçirilib.
Forumda 500-ə yaxın tələbə və
məzun, İtaliyanın və Azərbaycanın dövlət
orqanlarının və gənclər təşkilatlarının
nümayəndələri iştirak ediblər.
Gənclər
arasında Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
"Heydər Əliyev mənim üçün
kimdir?" mövzusunda
esse yazı müsabiqəsi keçirilib. "Mən Azərbaycan
haqqında nə bilirəm?" mövzusunda
keçirilmiş esse
yazı müsabiqəsinin Almaniya, Litva, Xorvatiya, Mərakeş,
Misir, ABŞ, Braziliya,
Cənubi Afrika Respublikasından olan qaliblərin Azərbaycana səfərləri
təşkil edilib.
İyunun 13-16-da isə
Bakı şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Gənc liderlərin
formalaşmasında şəxsiyyətlərin rolu" mövzusunda Beynəlxalq
Gənclər Forumunun keçirildiyini
vurğulayan Azad Rəhimov
qeyd etdi ki, forumda 28 ölkədən
44 ekspert və gənclər təşkilatlarının
nümayəndələri, Azərbaycandan isə gənclər
təşkilatının 200 təmsilçisi
iştirak edib.
Nazir, həmçinin gənclərin
seçkilərdə iştirakının vacibliyini
də vurğuladı: "Bu il 600 min gənc ilk dəfə seçkidə iştirak
edəcək. Əsas məqsədimiz odur
ki, bu sahədə gəncləri
maarifləndirək və onları məntəqələrə
cəlb edək. Bunun üçün
regionlarda iş
aparılır, videoçarxlar
hazırlanır".
Medalların
sayında yeni rekordun
astanasındayıq
İdman sahəsində
əldə olunan nailiyyətlərdən
danışan nazir bildirdi
ki, ötən 8 ay ərzində
Azərbaycan milli komandalarının hər
biri 52 təlim-məşq
toplanışında iştirak ediblər.
Ölkəmizdə 125 respublikadaxili və
20 beynəlxalq turnir keçirilib.
158 beynəlxalq yarışda yığmalarımız iştirak
edibdir: "Ən böyük
uğurumuz Rusiyanın Kazan
şəhərində keçirilmiş
XXVII Ümumdünya Universiadasında əldə
olunub. Orada 4
qızıl, 5 gümüş, 7 bürünc olmaqla 16 medal qazanılıb. Ölkəmiz dünyada 15-ci yeri tutaraq tarixi uğura imza atıb.
Hollandiyanın Utrext şəhərində
keçirilmiş Gənclərin Olimpiya Festivalında isə
idmançılarımız 2 qızıl, 1 bürünc
medala sahib olublar. Qarşıda isə
idmançılarımızı İndoneziyanın
paytaxtı Cakartada keçiriləcək
III İslam Oyunları gözləyir.
Sentyabrın 22-dən oktyabrın 2-dək keçiriləcək
yarışa Azərbaycan 130 nəfərlik nümayəndə
heyəti ilə yollanacaq".
Cari ilin 8 ayı ərzində
idmançılarımızın beynəlxalq
yarışlarda 70 qızıl, 86 gümüş,
96 bürünc medal əldə
etdiyini vurğulayan nazir ilin sonunadək
medalların sayının 700-dən çox
olacağına və yeni rekord
əldə ediləcəyinə inandığını qeyd etdi.
A.Rəhimov
2015-ci il I Avropa
Oyunları və 2017-ci il İslam
Həmrəyliyi Oyunlarından başqa
Bakıda keçiriləcək bir
sıra nüfuzlu yarışlara da hazırlıq işlərinin getdiyini bildirdi. O, şahmat üzrə 2015-ci ildə Dünya Kuboku, 2016-cı
ildə Olimpiada, gələn il isə Dünya İdman Jurnalistləri Konqresinin
də paytaxtımızda keçiriləcəyini dedi.
Ölkəmizdə
bu il Qobustan,
Şirvan, Xaçmaz,
Qax və Saatlıda tikilib
istifadəyə verilən Olimpiya idman kompleksləri barədə məlumat verən
nazir bu ay Göygöldə də yeni
kompleksin açılacağını bildirdi: "Ağcabədi və Abşeron rayonlarında komplekslərin tikintisi davam etdirilir. Eyni zamanda, Olimpiya Hərəkatı
və İdman Muzeyinin
tikintisi üçün
torpaq sahəsi ayrılıb və ilkin layihələşdirmə işləri həyata
keçirilir".
"Azərbaycan"
qəzetinin əməkdaşının "Olimpiya
idman komplekslərinin
açılışlarından bir
müddət keçdikdən sonra fəaliyyətlərində
hər hansı bir problem
olubmu" sualına nazir
Azad Rəhimov cavab verərək
bildirdi ki, Azərbaycanda
həmin qurğularda cari
təmir aparılıb:
"Biz kompleksləri büdcədən əlavə
vəsait götürmədən öz daxili imkanlarımız hesabına təmir etdirdik. Belə problemlər bütün
dünyada olur.
Çalışırıq ki,
olmasın. Amma kompleksləri 40-dan
artıq tikinti təşkilatı tikir. Birində təcrübə, digərində
məsuliyyət daha çox
olur. Kompleksdən istifadə edə bilmədiyimizi
demək olmaz".
Elçin
CƏFƏROV
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 4.