MDB Parlament
Assambleyasının müşahidə qrupunun
üzvləri Samuxda olmuşlar
MDB Parlament Assambleyasının (MDB PA)
müşahidə qrupunun üzvləri
sentyabrın 3-də Samux rayonunda
olmuşlar. AzərTAc xəbər
verir ki, rayon icra hakimiyyətində
Azərbaycan Respublikasının Prezidenti
seçkilərinin uzunmüddətli monitorinqini
həyata keçirən MDB PA-nın ekspert
qrupunun üzvləri ilə keçirilmiş görüşdə
seçkilərə hazırlıqla bağlı mövcud vəziyyət müzakirə edilmişdir.
Qonaqlara rayon
haqqında geniş məlumat verilmiş və sentyabrın 9-da keçiriləcək
prezident seçkiləri ilə
bağlı görülən işlər diqqətə
çatdırılmışdır.
Sonra müşahidə
missiyasının üzvləri rayonda fəaliyyət
göstərən 102 saylı Samux seçki dairəsinin dairə seçki
komissiyasında görülən işlərlə
tanış olmuşlar.
Seçkilərin
yüksək səviyyədə, aşkarlıq və demokratiya şəraitində keçməsi üçün hazırlıq işlərinin
vəziyyəti ilə əlaqədar dairə seçki
komissiyasının sədri Bayram
Qasımovun məlumatını dinləyən müşahidəçilər
müxtəlif suallarla müraciətlər etmişlər. Seçki dairəsinin otaqlarını gəzən
müşahidəçilər hazırlığın səviyyəsindən
razı qaldıqlarını bildirmişlər.
Seçki dairəsinin
Samux şəhərində yerləşən
1, 2 və 3 saylı, eləcə də rayonun
Qarayeri qəsəbəsində yeni istifadəyə verilmiş
6 saylı seçki məntəqələrində
olan qonaqlar məntəqə
seçki komissiyasının üzvləri
ilə söhbətlər etmiş,
seçkilərin Azərbaycan Respublikası Seçki
Məcəlləsinin tələblərinə uyğun
aparılması üçün
görülən işləri nəzərdən
keçirmişlər.
Azərbaycan
Respublikasının Prezidenti seçkilərinin
uzunmüddətli monitorinqini həyata
keçirən MDB Parlament
Assambleyasının ekspert qrupunun
üzvləri qərb bölgəsində seçkilərə
hazırlıqlarla bağlı müşahidələrini başa çatdırmışlar.
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 6.