Azərbaycan və
İsveç arasındakı əlaqələrin
inkişafı məmnunluq doğurur
Sentyabrın
3-də İsveçin Kralı əlahəzrət
XVI Karl Qustav Azərbaycanın
bu ölkədəki səfiri Rafael İbrahimovu diplomatik fəaliyyətinin başa
çatması ilə əlaqədar qəbul etmişdir.
Azərbaycanın
İsveçdəki səfirliyindən AzərTAc-a
bildirmişlər ki, R.İbrahimov
Prezident İlham
Əliyevin salamlarını İsveç
Kralına çatdırmışdır. Əlahəzrət
XVI Karl Qustav da öz növbəsində
salamlarının və ən xoş
arzularının Prezident İlham
Əliyevə çatdırılmasını xahiş
etmişdir.
Görüşdə
Azərbaycan və İsveç
arasında münasibətlərin inkişaf
perspektivləri ilə bağlı fikir
mübadiləsi aparılmışdır.
Həmin gün Rafael İbrahimov İsveçin
dövlət katibi Qunnar
Oom ilə görüşmüşdür.
Söhbət
zamanı ölkələrimiz arasında dostluq
və əməkdaşlıq əlaqələrinin
inkişafından məmnunluq bildirilmişdir.
İsveçin Bakıda səfirliyinin
açılması ikitərəfli münasibətlərin
inkişafına böyük töhfə kimi qiymətləndirilmişdir.
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 6.