Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Ağcabədidə vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu ilə əlaqədar göstəriş və tövsiyələrinə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sentyabrın 3-də Ağcabədi şəhərində vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbuldan əvvəl TQDK-nın Ağcabədi şəhərində yerləşən regional bölməsinin açılışı olmuşdur. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və TQDK-nın sədri Məleykə Abbaszadə mərasimdə çıxış edərək regional bölmənin əməkdaşlarını, bölgə ictimaiyyətini yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışlar.

Binanın istifadəyə verilməsini bildirən rəmzi lent kəsildikdən sonra qonaqlar burada yaradılmış şəraitlə tanış olmuşlar. Binada bölmənin fəaliyyətinin səmərəli təşkili üçün müasir standartlara cavab verən şərait yaradılmış, otaqlar lazımi inventarlar, texnikimetodiki vasitələrlə təchiz olunmuşdur.

TQDK-nın sədri tədbirdə iştirak edən Ağcabədi və ətraf rayonların pedaqoji ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, onlarla təhsil, dərsliklərin hazırlanması, aliorta ixtisas məktəblərinə qəbul prosesi mövzularında fikir mübadiləsi aparmışdır. Sonra TQDK-nın sədri Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Tərtər, Bərdə, Zərdab və İmişli rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapmışdır. Bəzi müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.  Vətəndaşlar qəbulla bağlı onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

 

Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 7.