Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir
Sentyabrın
3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti
iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr
şöbəsindən bildirmişlər ki,
əvvəlcə MSK-nın 31 avqust
2013-cü il tarixli
iclasının protokolu təsdiq edilmişdir.
İclasda 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi
Ümid Partiyası tərəfindən
irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyinin qeydə
alınmasına dair məsələyə
baxılmışdır.
Qeyd olunmuşdur ki, namizədin
müdafiəsi üçün
toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan
sənədlər avqustun 27-də partiyanın səlahiyyətli
nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
MSK qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada
araşdırma aparmış, namizədin qeydə
alınması üçün əsasların
olmasını müəyyən etmişdir.
Sonra MSK-nın nəzdindəki
işçi qrupunun rəhbəri
İlham Məmmədov Ümid
Partiyası tərəfindən təqdim olunmuş
imza vərəqələrinin və digər
sənədlərin yoxlanılmasının nəticələri
barədə məlumat vermişdir.
Mərkəzi
Seçki Komissiyası qərara
almışdır ki, Ümid
Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İqbal
Fehruz oğlu
Ağa-zadə 2013-cü il oktyabrın
9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizəd kimi qeydə alınsın.
İclasda seçki bülletenlərinin mətni və
forması təsdiq edilərək qərara
alınmışdır ki, ölkə
üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz
artıq olmamaqla, cəmi 5 149 255 ədəd seçki bülleteni Milli Məclis
Aparatının mətbəəsində Mərkəzi Seçki
Komissiyasının təmsilçiliyə uyğun
3 üzvünün müşahidəsi
altında mətbəə üsulu ilə
hazırlansın.
Mərkəzi Seçki Komissiyası 30 saylı Suraxanı birinci seçki dairəsi
dairə seçki komissiyasının tərkibində
dəyişiklik etmişdir.
İclasda cari məsələlərə
də baxılmışdır.
MSK-nın
iclasında beynəlxalq qurumların təmsilçiləri və
kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
etmişlər.
AzərTAc
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 4.