Azərbaycan
Ümid Partiyası tərəfindən
namizədliyi irəli sürülmüş
İqbal Fehruz oğlu Ağa-zadənin 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizəd kimi qeydə
alınması haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar
¹ 23/133
2013-cü
il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli
sürülmüş İqbal
Fehruz oğlu
Ağa-zadənin namizədliyi Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 13 avqust 2013-cü il tarixli 12/78 saylı qərarı ilə təsdiq
edilmişdir.
Namizədin
müdafiəsi üçün
toplanmış seçici imzaları olan imza vərəqələri
və onlara əlavə edilməli olan sənədlər 2013-cü il avqustun 27-də
partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən
namizədin qeydə alınması üçün
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb namizədin
qeydə alınması üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 54, 58, 59, 60 və
182-ci maddələrinə əsasən qərara alır:
1. Azərbaycan
Ümid Partiyası tərəfindən
namizədliyi irəli sürülmüş
İqbal Fehruz oğlu Ağa-zadə 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizəd kimi qeydə
alınsın.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
03.09.2013
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 4.