2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində seçki
bülletenlərinin mətni, forması, sayı və
hazırlanma qaydasına dair Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
¹ 23/134
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
99.1-99.4 və 199-cu maddələrinin tələblərinə
görə seçki bülletenlərinin
mətni və forması, onların sayı,
hazırlanmasına aid tələblər
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının qərarı ilə səsvermə gününə ən
geci 35 gün
qalmış təsdiq edilməli, qeydə alınmış
seçicilərin sayından 3 faizdən artıq olmamaq şərtilə səsvermə
gününə ən azı 10 gün
qalmış Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin
müşahidəsi altında müvafiq qaydada
hazırlanmalıdır.
2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində istifadə ediləcək seçki bülletenləri ilə əlaqədar
yuxarıda göstərilən qayda və
şərtlər əsas götürülməli, mövcud seçki dairələri
üzrə həmin bülletenlərin bir-bir
və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnməli,
namizədlər barəsində məlumatlardan sağda
boş kvadrat,
yuxarıda doldurulma qaydası haqqında izah, yuxarı sağ
küncündə möhür yeri, aşağı sağ
küncündə isə ləğvetmə xətti yerləşdirilməli,
qeydə alınmış hər bir namizədin əlifba
sırası ilə soyadı, adı, atasının adı, doğum tarixi,
yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət
növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar (siyasi partiya blokları) tərəfindən
namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi
partiyanın qısa adı, öz təşəbbüsü
ilə və ya bilavasitə seçicilər
tərəfindən irəli sürülən qeydə
alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti
göstərilməlidir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası yuxarıda qeyd edilənləri
əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14,
25.2.6, 25.2.11, 28.2, 28.4, 99 və 199-cu maddələrinə uyğun olaraq qərara
alır:
1.
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar
mövcud seçki
dairələri üzrə bir-bir və
ardıcıl olaraq kəsilən
yuxarı sol küncü
nömrələnmiş, namizədlər barəsində məlumatlardan
sağda boş kvadrat, yuxarıda doldurulma
qaydası haqqında izah, yuxarı sağ
küncündə möhür yeri, aşağı sağ
küncündə isə ləğvetmə xətti yerləşdirilmiş, habelə
qeydə alınmış hər bir namizədin
əlifba sırası ilə soyadı, adı, atasının
adı, doğum tarixi,
yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü), onları
irəli sürmüş subyektlərin
adı, siyasi partiyalar
(siyasi partiya
blokları) tərəfindən
namizədliyi irəli sürülən qeydə alınmış namizədin
mənsub olduğu siyasi
partiyanın qısa adı, öz təşəbbüsü
ilə və ya bilavasitə seçicilər
tərəfindən irəli sürülən qeydə
alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti
göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq
edilsin (forma əlavə
olunur).
2.
Ölkə üzrə qeydə alınmış seçicilərin
ümumi sayından 3 faiz
artıq olmamaqla, cəmi 5 149 255 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının təmsilçiliyə uyğun
3 üzvünün müşahidəsi
altında mətbəə üsulu ilə
hazırlansın.
3. Qərarın
icrası öz səlahiyyətləri
daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və
Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mətbəəsinə həvalə edilsin.
4. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
03.09.2013
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 4.