Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın cənub bölgəsinə səfəri

 

Salyanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə rayonun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verdi ki, Heydər Əliyev parkının yenidən qurulmasına 2011-ci ildən başlanmışdır. Ümumi sahəsi 22 min kvadratmetr olan parkda ulu öndərin möhtəşəm abidəsi ucaldılmışdır. Abidə Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev tərəfindən hazırlanmışdır.

Diqqətə çatdırıldı ki, parkda 10 min kvadratmetr sahədə yaşıllıq salınmış, uzunluğu 65, eni 4 metr olan iki fəvvarə kompleksi tikilmiş, işıqlandırma sistemi oturacaqlar quraşdırılmış, qranit asfalt döşənmiş, su anbarı inşa olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 1.