Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi ilə əlaqədar, Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

 

 

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

 

Babayev Kamran İmran oğlu

Əkbərova Şölə Mürşüd qızı

Xudaverdiyev Ağahüseyn Kamal oğlu

 

 

"Tərəqqi" medalı ilə

 

Əliyev Comərd Rasim oğlu

Əzizov Fariz Nazim oğlu

Muradov Əmin Kamran oğlu

Muradov İlqar Nazim oğlu.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 1-2.